×
A
A
A
Sazlamalar

Apreldə ölkədə gündəlik xam neft hasilatı 512 min barel olub

Bakı, 12 may, AZƏRTAC

Aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 626 min barel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 512 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Neft - qaz 2023-05-12 15:13:00