×
A
A
A
Sazlamalar

Ukrayna Prezidenti Volodimir Zelenskinin İtaliyaya səfəri gözlənilir

Roma, 12 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenskinin İtaliyaya səfəri nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, həmçinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşlər keçirəcək. Diplomatik mənbələr səfərlə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu bildiriblər.
Qeyd edək ki, Ukrayna Prezidentinin yaxın günlər ərzində bir sıra görüşlər keçirmək üçün Avropanın müxtəlif ölkələrinə səfərləri gözlənilir.
Xatırladaq ki, Ciorcia Meloni Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində - fevralın 21-də Kiyevə səfəri zamanı Ukrayna Prezidentini İtaliyaya səfərə dəvət edib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2023-05-12 04:20:00