×
A
A
A
Sazlamalar

Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub

Cəlilabad, 11 may, İlkin Adıyev, AZƏRTAC

Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş verən qəzada yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olublar.
Belə ki, qəza zamanı "Qazel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə ilə bağlı son məlumata görə, 8 nəfər xəstəxanaya müraciət edib, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.
Yaralılar fərdi və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-05-11 23:28:00