×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirliklərinin Yəhudi Şurasının Baş ravvini Elie Abadiedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev!
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizi təbrik etməkdən böyük qürur hissi keçirirəm.
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını tarixin çətin və sərt sınaqlarından xilas etdi. O, müstəqil ölkə yaradaraq onun parlaq gələcəyinə etibarlı bünövrə qoydu.
Heydər Əliyevin mədəniyyətlərarası və dinlərarası harmoniyaya əsaslanan strategiyası və siyasəti dünya ölkələri üçün nümunədir. Məhz həmin strategiyanın nəticəsində bugünkü Azərbaycan dini azadlığı olan, digər dinlərə hörmət edən, onları qəbul edən və bir çox dini icmanın sülh və dinc şəraitdə bir arada yaşadığı ölkəyə çevrilib.
Bu dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramımı bildirir və arzu edirəm ki, onun strategiyası öz xalqını və digər dünya ölkələrinin xalqlarını ilhamlandırmaqda davam etsin.
Cənab Prezident, Sizə öz xeyir-dualarımı çatdıraraq möhkəm cansağlığı, uğurlar arzulayır, uzun illər Azərbaycana rəhbərlik etməyinizi diləyirəm.
Dərin hörmətlə,

 

Elie Abadie

Birləşmiş Ərəb Əmirliklərinin Yəhudi Şurasının Baş ravvini

Məktublar 2023-05-11 20:11:00