×
A
A
A
Sazlamalar

İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev!
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq onun anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, son çıxışlarınızın birində çox gözəl vurğuladığınız kimi, “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı”.

Cənab Prezident, Sizin müdrik liderliyiniz insanı valeh edir. Zati-aliniz bu gün Ulu Öndər Heydər Əliyevin missiyasını davam etdirir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir və Zati-alinizə xalqınıza xidmət işində müdriklik və qüvvət diləyirəm.
Azərbaycan ilə İsrail arasında səmərəli münasibətlərin olmasına şahidlik etmək çox möhtəşəmdir və mən Avropa Ravvinləri Konfransının Daimi Komitəsinin vitse-prezidenti olaraq 2023-cü ilin noyabr ayında Azərbaycana edəcəyim səfərim zamanı Zati-alinizlə görüşməkdən şərəf hissi duyardım.
Sizinlə səmərəli müzakirələrimizi, ümumbəşəri dəyərlərlə bağlı fikir mübadiləsi aparmağımızı böyük səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ən xoş arzularla qardaşınız,

 

Ravvin İzhak Dayan

İsveçrənin Cenevrə şəhərinin baş ravvini,
Avropa Ravvinləri Konfransının Daimi Komitəsinin
vitse-prezidenti

Məktublar 2023-05-11 20:44:00