×
A
A
A
Sazlamalar

İmişli sakinləri Ulu Öndərin 100 illik yubileyini böyük coşqu ilə qeyd edib

İmişli, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə əməkdaşları, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri, rayon sakinləri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad ediblər.
Sonra Ulu Öndərin adına parkda rəsm sərgisinə baxış keçirilib, balacaların ifasında mahnılar dinlənilib.
Tədbirin bədii hissəsindən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı bildirib ki, hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda, gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti var olduğu müddətdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, daim hörmətlə anılacaq.
Sonra Ulu Öndərin zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Regionlar 2023-05-11 20:37:00