Mina ilə bağlı təhlükəni bacardığım qədər dünya ictimaiyyətinə çatdıracağam - Stig Lindgren
Füzuli, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Burada görülən işlər, minaları təmizləmək üçün ANAMA əməkdaşlarının özlərini risk altına alması doğurdan da təsiredici məqamdır. Mən Birləşmiş Millətlər Təşkilatının Livanın cənub ərazisində mina əleyhinə proqramında iştirak etmişəm. Orada dörd əməkdaşımız həlak olub və buna görə bizə Nobel Sülh Mükafatı təqdim olunub. Bildirmək istəyirəm ki, ANAMA əməkdaşlarının fəaliyyətinə görə onlara da bu mükafat verilməlidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər edən isveçli səyyah Stig Lindgren deyib.
“Mən burada gördüklərimdən böyük təəssüf hissi keçirirəm. Bu torpaqlara sülh arzulayıram. Burada bir vaxtlar yaşamış insanların tezliklə öz doğma yurdlarına qayıtmalarını diləyirəm. Burada gördüklərimi, xüsusilə mina ilə bağlı təhlükəni bacardığım qədər dünya ictimaiyyətinə çatdıracağam”, – deyə səyyah bildirib.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib