×
A
A
A
Sazlamalar

Neftçalada Ulu Öndərin 100 illik yubileyinə həsr edilən konsert atəşfəşanlıqla yekunlaşıb

Neftçala, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Neftçala rayonunda möhtəşəm konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Konsertdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra respublikanın tanınmış incəsənət nümayəndələrinin ifaları ilə davam edən konsert proqramı maraqla qarşılanıb.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.

Regionlar 2023-05-11 20:12:00