×
A
A
A
Sazlamalar

Lena Fihr: Gördüyümüz dağıdılmış evlər və abidələr bizi çox məyus etdi

Xocavənd, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Dostum mənə Azərbaycan və Bakı haqqında danışırdı. O vaxtdan bəri buraya gəlmək haqqında düşünürdüm. Beləliklə, mən buradayam. Buranın çox gözəl havası, maraqlı, görməli yerləri, gözəl insanları var.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ermənistanın işğalından azad olunmuş Xocavənd rayonuna səfər edən isveçli səyyah Lena Fihr deyib.
“Buraya gələndə dağıdılmış evləri gördüm. O evlərin kərpicləri niyə çıxarılaraq aparılıb, başa düşmürəm. Burada hər yerdə şahidi olduğumuz dağıdılmış evlər və abidələr bizi çox məyus etdi. Burada təhlükəsiz əraziləri tapmaq çətin olduğu üçün bəzi yerlərə səfər etməyə icazə yoxdur. Lakin bu ərazilərin gözəl təbiəti və mənzərələri var”, – deyə isveçli səyyah bildirib.

Regionlar 2023-05-11 20:05:00