×
A
A
A
Sazlamalar

2006-2009-cu illərdə İsrail Dövlətinin Baş naziri Ehud Olmertdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.
Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Bu əlamətdar gün münasibətilə Tanrıdan Sizə və Azərbaycan xalqına xoşbəxtlik və uğurlar diləyirəm.
Ən xoş arzularla,

 

Ehud Olmert

2006-2009-cu illərdə İsrail Dövlətinin Baş naziri

Məktublar 2023-05-11 18:39:00