Təhsildə süni intellekt – AzMİU-da bir sıra sahələr üzrə yeni metodlar tətbiq oluna bilər
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə “Təhsildə süni intellekt” mövzusunda təqdimat keçirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Sərxan Talıbzadə təqdimatında süni intellektlə bağlı nəzəri və praktik tendensiyaları diqqətə çatdırıb. Süni intellektin imkanlarından istifadə edərək universitetdə bir sıra sahələr üzrə səmərəliləşdirmə yolları təklif edilib. Qeyd olunub ki, idarəetmə, qərar qəbuletmə, planlaşdırma, plagiatlığa qarşı mübarizə və bu kimi məsələlər üzrə iş prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Sərxan Talıbzadə iştirakçıların suallarını cavablandırıb və toxunulan məsələlərlə bağlı lokal müzakirələr təşkil olunub. Qeyd edilib ki, universitetdə süni intellektin imkanlarından effektiv yararlanmaq məqsədilə laboratoriyanın yaradılması və bu istiqamətdə tədqiqatların genişləndirilməsi vacibdir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib