×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi infrastrukturunu məhv edib VİDEO

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi infrastrukturunu məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caliber.az” videogörüntülər yayıb.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Bundan başqa, təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Ordu 2023-05-11 17:40:00

Video