×
A
A
A
Sazlamalar

Oğuzda Ulu Öndərə həsr olunan voleybol birinciliyinin qalibləri müəyyənləşib

Oğuz, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş böyüklər arasında voleybol üzrə rayon birinciliyi başa çatıb. Oğuz Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı, “Rövşən Oğuz” şirkətinin sponsorluğu ilə keçirilən birincilikdə 10 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, birinciliyin final oyununda “Qalakənd” və “Qarabulaq” komandaları qarşılaşıblar. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qalakənd” komandası rayon birinciliyinin qalibi adını qazanıb. Bayan və Qumlaq kəndlərini təmsil edən komandalar birinciliyi üçüncü pillədə başa vurublar.
Rayon birinciliyinin qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Regionlar 2023-05-11 16:36:00