×
A
A
A
Sazlamalar

Yardımlıda yazlıq bitkilərin əkini davam edir

Yardımlı, 11 may, İlkin Adıyev, AZƏRTAC

Yardımlı rayonunda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
May ayının əvvəlinə olan məlumatlara əsasən rayon üzrə 1343 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 hektar çoxdur. Yazlıq əkin sahəsinin 404 hektarı dənli və dənli paxlalı bitkilər, 784 hektarı kartof, 155 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir.
Yazlıq əkinlərin əsasını kartof sahəsi təşkil edir. Rayonun Allar, Yolocaq, Şiləvəngə və Horavar ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər. Hazırda yazlıq bitkiləri üzrə əkin işləri davam edir.

Regionlar 2023-05-11 15:18:00