×
A
A
A
Sazlamalar

İsveçli səyyahlar Füzuli rayonunda minatəmizləmə prosesini izləyiblər

Füzuli, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC

İsveçli səyahətçilər Füzuli rayonunun Horadiz kəndində minatəmizləmə prosesini, ərazidən tapılan minaların zərərsizləşdirilməsini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
ANAMA nümayəndəsi Vüsal Quliyev bildirib ki, 38 gün ərzində Horadiz kəndi ərazisində 4050 kvadratmetr ərazi əllə, 29 min kvadratmetr ərazi mexaniki yolla, 28 min 505 kvadratmetr ərazi isə minaaxtaran itlər vasitəsilə təmizlənib. Ərazidən piyada əleyhinə 55, tank əleyhinə 210 mina, 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ermənistan tərəfindən qoyulmuş tələ minalara da rast gəlindiyi diqqətə çatdırılıb. Füzulinin Horadiz kəndində minatəmizləmə fəaliyyəti davam etdirilir.

Regionlar 2023-05-11 13:14:00