×
A
A
A
Sazlamalar

Lənkəranda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edilib

Lənkəran, 11 may, İlkin Adıyev, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı mayın 10-da Lənkəran şəhər Heydər Əliyev xatirə parkında konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında respublikanın və rayonun tanınmış və sevilən ifaçıları səhnəyə çıxıblar.
İfaçılar bir-birindən rəngarəng mahnı və musiqi nömrələri ilə çıxış edərək lənkəranlı izləyicilərin zövqünü oxşayıblar.
Lənkəranlılar hər zaman olduğu kimi Ulu Öndərin xatirəsinə olan hörmət və ehtiramlarını konsert proqramına qatılmaqla və coşqularıyla ifadə ediblər.
Əsl bayram ab-havasında keçən konsertdə on minə yaxın insan iştirak edib və konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Regionlar 2023-05-11 12:46:00