×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşlarla görüşəcək

Bakı, 11 may, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 17-si saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün mayın 16-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Regionlar 2023-05-11 12:26:00