Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
Ağdam, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ağdam rayonunda keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ağdam Muğam Mərkəzində keçirilən rəsmi hissədə iştirakçılar Ulu Öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərlərdən bəhs edən fotosərgi ilə tanış olublar. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında məruzəsi dinlənilib. Sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib.
Tədbirin mərkəzi meydanda davam edən bədii hissəsində respublikanın tanınmış mədəniyyət və incəsənət ustaları müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək