×
A
A
A
Sazlamalar

Polis maşını “Şıxov” çimərliyinin qarşısından keçən yolda piyadanı vurub VİDEO

Bakı, 10 may, AZƏRTAC

Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində "Mercedes" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaşarası qadını vurub: “Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq, yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır".

Hadisə 2023-05-10 20:19:00

Video