×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 10 may, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan beş velosiped oğurlaması müəyyən olunub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

 

Hadisə 2023-05-10 17:32:00