×
A
A
A
Sazlamalar

Laçında polislər Ulu Öndərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçiriblər

Laçın, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

Laçında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin şəxsi heyətinin iştirakı ilə keçirilən aksiyada xüsusi ayrılmış ərazidə iqlimə uyğun ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş aksiyada təbiətin mühafizəsi və ekoloji mühitin təhlükəsizliyinin qayğısına qalmaq üçün müvafiq tədbirlər görülüb.

Regionlar 2023-05-10 17:30:00