×
A
A
A
Sazlamalar

Heydər Əliyev Azərbaycan tarixində həmişə xoş duyğularla xatırlanacaq

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev- ədəbiyyat və mədəniyyət" mövzusunda konfrans maraqlı çıxışlarla yadda qaldı.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Mərkəzin foyesində Ulu Öndərin büstü önünə tər güllər düzərək onun əziz xatirəsini hörmətlə anıblar.
Sonra sumqayıtlı rəssamların dahi şəxsiyyətə həsr etdirdikləri əsərlərə baxış keçirilib.
Tədbir Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın moderatoru AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin "Heydər Əliyev İli" ərzində bir sıra layihələrin həyata keçirildiyin qeyd edərək tədbirlərin yekunu olaraq konfransın dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunduğun bildirib.
O, Ulu Öndərin yubileyinin respublikamızın hər yerində, o cümlədən Sumqayıtın ayrı- ayrı müəssisə və təşkilatlarında, elm və təhsil ocaqlarında böyük sevgi ilə qeyd olunduğun diqqətə çatdıraraq, şəhərdə fəaliyyət göstərən yazıcı, şairlərin bu ildə yaratdığı əsərlərdən söz aşıb.
Tarix üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, şair- dramaturq Əvəz Mahmud Lələdağ, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, rejissor-operator Etibar Bənnayev və digər natiqlər Heydər Əliyevin Azərbaycan tarixində həmişə xoş duyğularla xatırlanacaq böyük əhəmiyyət daşıyan fəaliyyətindən, xüsusilə ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı naminə gördüyü çoxşaxəli işlərdən söz açıblar.
Tədbirdə Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.

Regionlar 2023-05-10 17:10:00