×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvlərinin Xınalıq kəndindən başlayan yürüşü müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə doğru davam edib.
Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə və sərt iqliminə baxmayaraq, qrup üzvləri “Heydər zirvəsi”nə qalxaraq dahi şəxsiyyətin barelyefi önünə qızılgül dəstəsi düzüb, Ulu Öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.

 

Ekologiya 2023-05-10 16:08:00