Biləsuvarda Ulu Öndərin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib
Biləsuvar, 10 may, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” filmi nümayiş olunub.
Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov geniş məruzə ilə çıxış edib.
Daha sonra Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil ediləcək və konsert atəşfəşanlıqla yekunlaşacaq.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək