×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərdə "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək

Bakı, 10 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda mənfur ermənilərin törətdikləri vandalizm göz önündədir. Şəhərlərimizi və kəndlərimizi demək olar yox ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda hazırda çox ciddi infrastruktur layihələri həyata keçirilir, kəndlər, şəhərlər, qəsəbələr yenidən salınır. İnfrastruktur problemləri tam həll edildikdən sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu mayın 10-da Fəxri xiyabanı ziyarət edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.

Sosial 2023-05-10 13:28:00