×
A
A
A
Sazlamalar

Əmək və əhalinin sosial müdafiəsi naziri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı, 10 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 19-da Şəkidə həmin rayonun və Qax rayonunun sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar mayın 10-dan mayın 15-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial 2023-05-10 13:03:00