×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.

Ordu 2023-05-10 11:44:00