×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahələrin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Səhiyyə 2023-05-10 11:25:00