×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 213 vaksin vurulub

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 213 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 792, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 991, ikinci mərhələ üzrə 4 milyon 882 min 536, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 79, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 186-dır.

Səhiyyə 2023-05-09 23:08:00