×
A
A
A
Sazlamalar

Mayın 8-də Azərbaycanda COVID-19 infeksiyasına 8 yoluxma faktı qeydə alınıb

Bakı, 9 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 130 nəfər müalicə olunaraq sağalıb, 10 min 257 nəfər vəfat edib. Aktiv xəstə sayı 176 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, bu günə qədər isə ümumilikdə 7 milyon 597 min 921 test icra olunub.

Səhiyyə 2023-05-09 00:36:00