×
A
A
A
Sazlamalar

Bakı Şəhər Probasiya İdarəsinin nəzarətində olan 28 məhkum əfv edilib

Bakı, 8 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Şəhər Probasiya İdarəsinin nəzarətində olan 28 məhkum əfv edilib. Onlardan 21 nəfəri cərimə cəzası növündə olan, 4 nəfər azadlığın məhdudlaşdırılması, 1 nəfər islah işləri ilə bağlı olan, 2 nəfər isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin cəzası təxirə salınmış məhkumlardır.
Bunu AZƏRTAC-a Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icarə edən Elşad Əbdurrəhimzadə deyib.
"Bu gün Ulu Öndərin təməli qoyulmuş əfv sərəncamlarının davamı olaraq çox əlamətdar gündür. Əfvə düşən məhkumlara tövsiyə etmişik ki, davranışları ilə ölkədə gedən genişmiqyaslı tədbirlərə töhfə versinlər", - deyə E.Əbdurrəhimzadə deyib.

Sosial 2023-05-08 13:21:00