×
A
A
A
Sazlamalar

Probasiya qeydiyyatında olan 118 nəfər əfv edilib

Bakı, 8 may, AZƏRTAC
“Əfv Sərəncamı 118 nəfər Probasiya qeydiyyatında olan alternativ cəzalara məhkum edilmiş şəxsə aid edilib. Bu rəqəm Probasiya tarixində ilkdir".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Aqşin Ziyadov Əfv Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbirdə deyib.
Xidmət rəisi bildirib ki, Probasiya qeydiyyatında olan və əfvə salınan 118 nəfər arasında cərimə cəzasına məhkum edilmiş 88 nəfər, elektron qolbaq vasitəsilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər, cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılan 5 nəfər var. Bundan əlavə, azadlıqdan məhrumetmə növündə şərti məhkum edilmiş 2 nəfər, cəzasının icrası təxirə salınmış 3 nəfər, islah işlərinə növündə cəza çəkən 2 nəfər cəzadan azad olunub.

Sosial 2023-05-08 13:40:00