×
A
A
A
Sazlamalar

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 7 may, AZƏRTAC
Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə 2023-05-07 09:21:00