×
A
A
A
Sazlamalar

“Alpha Tauri” Tsunodanın maşınının Bakıda trasa buraxılması üçün cərimənin ədalətsiz olduğunu hesab edir

Bakı, 5 may, AZƏRTAC
“Alpha Tauri” komandasının mühəndisi Giyom Dezoto Azərbaycan Qran-Prisinin sprinter yürüşündə mexaniklərin pit-stop vaxtı Yuki Tsunodanın avtopilotuna ətraflı baxış keçirmələri və asma hissədə (təkər və şassini birləşdirən hissə) zədə aşkarlamadıqları barədə danışıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl “Alpha Tauri” Tsunodanın bolidinin yürüşə buraxılışı üçün cərimələnmişdi. Belə ki, stüardların qənaətinə görə komanda maşını təhlükəli vəziyyətdə yarışa çıxarıb.
“Biz sprinter yürüşündə baş verən insidentlə bağlı böyük araşdırma apardıq və belə qənaətə gəldik ki, əslində, Yuki boksa daxil olanda onun bolidində heç bir zədə yox idi. Arxa asma hissə boksdan çıxan məqamda zədələnib. Pit-stop vaxtı biz asma hissənin heç bir zədəsini görə bilmədik. Bu, sonradan baş verib”, - deyə “Motorsport” nəşri Dezotonun sözlərindən sitat gətirir.
Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisində “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında qalib olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü olub.

İdman 2023-05-05 16:40:00