×
A
A
A
Sazlamalar

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Bakı, 5 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası mayın 6-da “20 Yanvar” metro stansiyası yaxınlığındakı “Bravo” hiрermarketin qarşısında keçiriləcək.
AZƏRTAC nazirliyin feysbuk səhifəsinə istinadla xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Qeyd edək ki, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketin qarşısında keçiriləcək aksiya saat 12:00-da başlayacaq.

Ekologiya 2023-05-05 11:15:00