×
A
A
A
Sazlamalar

Dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxslər tutulublar

Bakı, 5 may, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Ümid qəsəbəsi ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramal İbrahimov və İlkin Cəbiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2023-05-05 10:50:00