×
A
A
A
Sazlamalar

Bu il Tərtər rayonunda 15 ton barama istehsalı gözlənilir

Tərtər, 5 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Tərtər rayonunda 10,2 ton barama istehsal edilib. Bu il isə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 375 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində 2016-2023-cü illər ərzində 374 mindən artıq tut tingi əkilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.

Kənd təsərrüfatı 2023-05-05 00:15:00