×
A
A
A
Sazlamalar

Mayın 4-də Azərbaycanda COVID-19 əleyhinə 199 doza vaksin vurulub

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 199 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 32, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 23, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 216, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 880, ikinci mərhələ üzrə 4 milyon 882 min 161, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 2, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 173-dür.

Səhiyyə 2023-05-04 21:10:00