×
A
A
A
Sazlamalar

® “Rabitəbank” şəhid övladları üçün düşərgə təşkil etdi

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir. Ötən günlərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın yaranmasının 30 illiyi ilə əlaqədar bank “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində şəhid ailələrinin 30 uşağı üçün xüsusi düşərgə təşkil edib.

Üç gün davam edən düşərgədə uşaqlar intellektual, əyləncəli oyunlara qoşulub və müxtəlif formatda panellərdə çıxış edərək, “Rabitəbank”ın əməkdaşları ilə birgə təşkil olunmuş biznes layihə müsabiqəsinə qatılıblar.
Tədbirin sonunda Bankın əməkdaşları uşaqlarla maraqlı söhbət edərək, onların gələcək karyera həyatları üçün təcrübələrini paylaşıb, hər bir uşağa bankın adından hədiyyələr veriblər.
Qeyd edək ki, “Rabitəbank” bundan öncə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini ziyarət edərək, orada təhsil alan şəhid və qazi ailələrinin övladları üçün ianə köçürüb, Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbə baş çəkib, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə edib. Bank eləcə də, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə müxtəlif dövrlərdə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürüb.

Maliyyə 2023-05-04 16:45:00