×
A
A
A
Sazlamalar

“Tibbi Reabilitasiya və Fiziki Terapiya” üzrə Beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 4 may, AZƏRTAC

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi Reabilitasiya və Fiziki Terapiya” üzrə II Bakı Beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, konfransın təşkilinin əsas məqsədi fiziki terapiya və reabilitasiya sahəsində milli, beynəlxalq mütəxəssisləri bir araya gətirmək, bilik transferi və mübadiləsini təmin etmək, klinik cəhətdən müvafiq elmi sübutların yayılmasını və qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, klinistlər, alimlər və tədqiqatçılar arasında geniş əməkdaşlıq yaratmaqdır.
Konfransda Elmi -Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, İstanbul Mədəniyyət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professorları, İsveçrə Reabilitasiya Mərkəzinin rəhbəri və digər yerli və əcnəbi məruzəçilər maraqlı mövzularla çıxış ediblər.

Səhiyyə 2023-05-04 14:12:00