×
A
A
A
Sazlamalar

İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub

Bakı, 4 may, AZƏRTAC

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşmanın planlaşdırılması və icrası sahəsində bilik və bacarıqların artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələri paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi, Hacıqabul və Neftçala rayonlarına səfər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin əsas məqsədi iqlim dəyişmələrinin regionlardakı mənfi təsirlərinin nəzərə alınması ilə müvafiq uyğunlaşma tədbirlərinin müzakirəsindən ibarət olub.
Eyni zamanda, su ehtiyatları, kənd təsərrüfatı və sahil bölgələri kimi prioritet sektorlarda iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri səfər zamanı əsas müzakirə mövzusu olub.
İştirakçılar tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Kür çayı ətrafı, Pirsaat su anbarı və digər ərazilərə keçirilmiş baxış zamanı yaranan problemlər və s. məsələləri nəzərdən keçirilib.

 

 

 

Ekologiya 2023-05-04 11:14:00