×
A
A
A
Sazlamalar

Faktiki hava: Qrızda qar örtüyünün hündürlüyü 5 santimetr olub

Bakı, 4 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimal və şərq rayonlarında intensiv və güclü olub, dağlıq rayonlarda qar yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 5 santimetr olub.
Düşən yağıntının miqdarı: Kürdəmirdə 37 (aylıq normanın 97 faizi), Qəbələdə 36 (aylıq normanın 30 faizi), Biləsuvarda 33 (aylıq normanın 102 faizi), Sabirabadda 33 (aylıq normanın 99 faizi), Astarada 30 (aylıq normanın 59 faizi), Oğuzda 26 (aylıq normanın 25 faizi), Neftçalada 26 (aylıq normanın 99 faizi), Cəfərxanda 25 (aylıq normanın 76 faizi), Göyçayda 24 (aylıq normanın 38 faizi), Hacıqabulda 21 (aylıq normanın 79 faizi), Zərdabda 20 (aylıq normanın 54 faizi), İmişlidə 20 (aylıq normanın 60 faizi), Beyləqanda 19, Qaxda 17, Qobustanda 16, Mingəçevirdə 15 (aylıq normanın 33 faizi), Xaltanda 15, Lənkəranda 14, Şəkidə 13, İsmayıllı, Lerik, Yardımlıda 12, Zaqatalada 11, Qrızda 10, Balakən, Şamaxı, Qubada 9, Altıağac, Yevlaxda 8, Gədəbəy, Şəmkir, Qusar, Şahdağda 7, Daşkəsəndə 6, Şahbuz, Göygöl, Tovuz, Bərdədə 2, Ordubad, Naftalan, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafada, o cümlədən Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Mayın 3-də şimal-qərb küləyi əsib, arabir Naxçıvanda saniyədə 16, Bakıda və Abşeron yarımadasında 17 metrədək güclənib.
Daşkəsən, Göygöl, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Qax, Qrız, Göyçay, Lerik, Biləsuvarda duman müşahidə edilib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15°, Naxçıvanda 4-9° isti, dağlıq rayonlarda 1-4°, yüksək dağlıq ərazilərdə 5°-dək şaxta, aran rayonlarında 12°-dək isti olub.

 

 

 

Ekologiya 2023-05-04 10:42:00