×
A
A
A
Sazlamalar

Qubada canavarlar kənd sakinlərinin qoyunlarını parçalayıb

Quba, 3 may, AZƏRTAC

Qubanın Aydınkənd kəndində canavarlar qoyunları parçalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, canavarlar kənd sakini Vasif Tanrıverdiyevə məxsus tövlədə 20 qoyunu parçalayıb, onlardan 10-nu tələf olub.
Kənd sakinlərinə ümumilikdə 4 min manata yaxın ziyan dəyib. Vasif Tanrıverdiyev bildirib ki, qoyunlar ona özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən verilmişdi.
Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Regionlar 2023-05-03 20:01:00