×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib

Naxçıvan, 3 may, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
AZƏRTAC xəbər verir ki, Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən lövhəni qaya üzərində bərkidiblər.

Regionlar 2023-05-03 18:50:00