® “Azercell” abunəçilərini mobil operatorun adından paylaşılan əsassız təkliflərə reaksiya verməməyə çağırır
“Azercell Telekom” MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, vatsap tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmunun “Azercell”ə heç bir aidiyyəti yoxdur və reallığı əks etdirmir.
Eyni zamanda, yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərə önəm verməməyi tövsiyə edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb