×
A
A
A
Sazlamalar

Masallıda “Ümummilli Lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilib

Masallı, 3 may, İlkin Adıyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsində “Ümummilli Lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev öz həyatını doğma xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan, daxildə əldə olunan ictimai-siyasi sabitlikdən söz açıb.
Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox mühüm addımdır.
Tədbirdə, həmçinin Azərbaycan daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Heydər Əliyevin danılmaz rolu diqqətə çatdırılıb və qeyd olunub ki, bu gün ölkəmizin əmin-amanlığının yüksək səviyyədə qorunması, asayişin təmin olunması və cinayətkarlıqla mübarizədə yüksək nəticələrin qazanılması sahəsində öncül mövqelərdə olması da məhz Ulu Öndərin titanik fəaliyyətinin nəticəsidir.

Regionlar 2023-05-03 16:50:00