×
A
A
A
Sazlamalar

“GL” ASC-nin səhmləri Bakı Fond Birjasında listinqə alınıb

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 50 min 125 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, adi sənədsiz adlı səhmin sayı 25 ədəd, nominal dəyəri 2,005 manatdır. Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Səhmlərin abunə yazılışına mayın 3-dən başlanılıb. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış abunə yazılışı üzrə yerləşdirilmənin yekunlaşması BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Maliyyə 2023-05-03 16:36:00