×
A
A
A
Sazlamalar

Əhalinin banklardakı əmanətləri artıb

Bakı, 3 may, AZƏRTAC

Aprelin 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri 11 milyard 964,4 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 62,6 milyon manat, ilin əvvəli ilə müqayisədə isə 221,4 milyon manat çoxdur.

 

Maliyyə 2023-05-03 16:26:00