×
A
A
A
Sazlamalar

“Çağrı Mərkəzi”nə aprel ayında 559 zəng daxil olub

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə aprel ayı ərzində 559 zəng daxil olub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, zəng edən vətəndaşların 247–nin müraciəti yerindəcə, 245 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 67 müraciət isə digər qurumlara yönləndirilib.
Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən agentlikdə “Çağrı Mərkəzi” yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.
“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində agentlikdə görülən işlərin tərkib hissəsidir.

 

 

Tikinti̇ 2023-05-03 15:55:00