×
A
A
A
Sazlamalar

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,941.3200 (7.59 faiz) manat və 9,952.1000 (6.19 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 570 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,942.7738 (7.4 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,946.6788 (6.89 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar mayın 31-də ödəniləcək.
Bu gün, həmçinin 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 17 investor tərəfindən qiymət intervalı 9816.7539 (8 faiz) manat və 9841.8000 (6.89 faiz) manat olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 160 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9822.3788 (7.75 faiz) manat, orta ölçülmüş qiyməti isə 9827.6374 (7.52 faiz) manat müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar iyulun 26-da ödəniləcək.

Maliyyə 2023-05-03 15:29:00